
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızı anasının səhhətindəki son durum haqqında məlumat verib.
Nigar Tofiqqızı Teleqraf.com-a anasının reanimasiya şöbəsində müalicəsinin davam etdiyini açıqlayıb.
"Anamın müalicəsi davam edir. Reanimasiyadan palataya nə zaman köçürüləcəyi məlum deyil", - o bildirib.
Qeyd edək ki, insult keçirən Fatma Mahmudova “İstanbul NS” klinikasına yerləşdirilib.