Türkiyəli müğənni-bəstəkar Sezen Aksu ayağını qırıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, ifaçı evində pilləkənlərdən enərkən yıxılıb. Xəstəxanaya müraciət edən Sezen Aksunun sağ baldırının iki yerdən qırıldığı bildirilib. Ayağı gipsə qoyulan ifaçı hazırda evində istirahət edir.

Sezen Aksu ayağının qırılması ilə bağlı jurnalistin sualına zarafatla cavab verib. O, təkərlikli araba ilə evin bir küncündən digər ucuna sürət testləri apardığını söyləyib:

"Evdə təkərli kürsüdə civv, civv oradan oraya uçuram. Başımıza bu gəldi amma yenə də problem deyil. Məncə yaşadığımız hər anın kefini çıxarmaq lazımdır”.

Qeyd edək ki, ifaçı konsertləri ləğv etmədiyini səhnəyə sarıqlı ayağıyla çıxacağını deyib.

Rüstəm