Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasındakı qələbəsi ilə bağlı türk kanallarından birində maraqlı açıqlama olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, birincilik münasibətilə Elnurun komanda rəhbəri Ebru Gündeşi həmkarı Demet Akalından başqa kimsə təbrik etməyib.

Münsiflər heyətində yer alan müğənnilər Hadisə, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan Uğur canlı yayımdan dərhal sonra studiyanı tərk ediblər. Hətta Gökhan Özoğuzun bu məsələyə bərk əsəbiləşdiyi qeyd olunub.

Video a24.az-a məxsusdur.

Rüstəm