
“O səs Türkiyə”nin qalibi olan Elnur Hüseynovu Azərbaycanın şou-biznes nümayənləri də təbrik ediblər.
Müğənni Nura Suri Elnurun qalibiyyəti ilə bağlı təəssüratlarını “Facebook” səhifəsində dilə gətirib: “Burda ən məşhur müğənni sayılanlar gedib xaricdə heç nə edə bilmirlər. Çünki ancaq bizdə məşhurdurlar və ən güclü səsləri yoxdur. Gündə 10 dəfə radioda eyni mahnılarını “raskrutka” edib səsləndirirlər və hamının qulağına yeridirlər. Adlarını dedizdirə-dedizdirə olurlar ən populyar, sevilən müğənni. Reklamları güclüdür. Milyonlar xərclədirlər ki, Türkiyədə qəbul olunsunlar, alınmadı. Niyə? Çünki Türkiyədə Ebru kimi güclü səsi olan müğənnilər var. Elnurun isə istedadını, səsini bəyənənlər az idi burda. Zövq korlanıb axı...Elnur kimi Samir Cavadzadə kimi güclü səslər, istedadlar qulaqlarına yad gəlir.
Elnur pulsuz, parasız getdi müqabiqəyə və ağzını açıb oxuyan kimi (artıq zövqü formalaşmış) Türk xalqı valeh oldu səsinə. Onu qalib etdilər! Hər dəfə çıxışında təriflədilər, qiymət verdilər və milyon da qazandıracaqlar hələ. Albom da çıxaracaqlar, konsertlər də edəcəklər və daha nələr-nələr. Nə day –dayı var idi, nə də sponsoru...Öz səsinin gücünə qazandı”.
Pərvin