
"Bu mənəm-2" layihəsinin budəfəki iştirakçısı müğənni Rəşad İlyasov olub.
Teleqraf.com xəbər verir ki, sənətçi bəstəkar İmruzə Hüseynovanın 12 yaşlı nəvəsi İmruzə ilə “Körpələri sevin” adlı duet oxuyub.
Mahnının musiqisi Bəbir və Ülviyyə Bəbirliyə, sözləri Ruhiyyə Rüstəmovaya aiddir.
Qeyd edək ki, “Bu mənəm-2” məşhurlarla uşaqların duetlərindən ibarət layihədir.
Rəşad İlyasovla bərabər layihədə əməkdar artist Tünzalə Ağayeva, Lalə Məmmədova, müğənni Eldar Qasımov, Samira Allahverdi, Gülnaz İsmayılova, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnarə Rəhman yer alıb.
Layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirli “Əsas qəhrəmanlar uşaqlar olduğuna görə, məsuliyyətimiz iki qat artıb. Onların istedadını bu şəkildə ictimaiyyətə ərəməğan etmək üçün həvəslə çalışırıq" – deyə bildiriblər.
Rüstəm