Hər il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən məşhur karnaval başlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ənənəyə görə Momo adlı “Karnaval kralı” şəhər merindən simvolik açarları alıb. Mer şəhər açarını təqdim edərkən deyib: “Hamı şənlənsin!”.

Braziliyada bu il keçirilən karnaval Rio-de-Janeyronun 450 illiyinə həsr edilib. Karnaval bir həftə keçiriləcək və bu çərçivədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Nura