
Hollivudun ulduz aktyoru Di Kaprio və müğənni Rihannanın sevgili olduğu haqqında xəbərlər yayılıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhurlar eyni məkandan çıxarkən paparatsilərin hədəfinə tuş gəlib.
Fotoqraflar 40 yaşlı Leonardonun və 26 yaşlı Rihannanın Nyu-Yorkda gecə klublarından birindən çıxarkən şəkillərini çəkib.
Gecə saat 4-də məkandan birlikdə çıxan cütlük jurnalistləri görən kimi ayrı-ayrı maşına minərək, hadisə yerindən uzaqlaşıblar.
Onların sevgili olduqlarını aktyorun yaxın dostlarından biri də təsdiqləyib.
Rüstəm