Türkiyədə azərbaycanlı model Gunay Musayevanında rol aldığı “Kod adı K.O.Z.” filminin qala gecəsi keçirilib.

Teleqraf.com «Sabah»a istinadən xəbər verir ki, qalada Gunay ilə yanaşı boşanmağa hazırlaşdığı aktyor həyat yoldaşı Tolqa Karel də olub. Rejissoru Celal Çimen olan filmin qalasında Türkiyənin tanınmış simaları iştirak ediblər.

Günay və Tolqa yan-yana gəlməməyə çalışıblar.

G.Musayeva açıqlamasında gözəl bir layihədə yer aldığına görə xoşbəxt olduğunu deyib. O, “Hər şeyin daha gözəl olacağına inanıram” söyləyib.

T.Karel isə “Filmin davamının çəkilməsini istəyərdim. Türkiyədə bu müzakirə edilməsi demokratiyaya doğru atılan çox gözəl addımdır. Xalq dəyərləndirəcək” - deyə bildirib.

Qeyd edək ki, “Kod adı K.O.Z.” filminin Bakıdakı təqdimat mərasimi martın 12-də baş tutacaq.

Rüstəm