
Əməkdar artist Elnarə Abdullayeva Heydər Əliyev adına Sarayda bir gün deyil, iki gün konsert verəcək.
Bu barədə Teleqraf.com-a açıqlamasında xanəndənin öz deyib. Onun sözlərinə görə, konsertdə iştirak etmək istəyən tamaşaçıların sayının çox olması təşkilatçıları belə bir qərar verməyə məcbur edib.
Beləliklə, Elnarə Abdullayevanın “Biz zəfər çalacağıq” adlı konserti fevral ayının 20 və 21 tarixlərində Heydər Əliyev adına Sarayda baş tutacaq.
Qeyd edək ki, xalq mahnılarından və klassik bəstəkar mahnılarından ibarət olacaq konsertə biletlərin qiyməti 20-80 manatdır.
Nərmin