
Azərbaycanlı müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq.
Teleqraf.com xəbər verir ki, TRT Avaz televiziya kanalının hazırladığı layihənin məqsədi türk dünyasının tanıdılmasıdır. Layihə çərçivəsində “Avaz” adlı türk dünyasının birliyini əks etdirən mahnı yazılıb. Mahnının ifası üçün hər bir türk xalqını təmsil edən müğənni seçilib. Təşkilatçılar Azərbaycanın siması üçün müğənni Elnarəni seçiblər.
Müğənni bildirib ki, yaradıcı heyət bir neçə gündən şəhərimizin qonağı olacaq. Paytaxtımızın müxtəlif tarixi məkanlarında mənim üçün klip lentə alınacaq. Klip və mahnı TRT Avaz və bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.
Rüstəm