R&B ulduzu Rihanna Harper's Bazaar jurnalının mart buraxılışı üçün olduqca təhlükəli, lakin eyni zamanda yaddaqalan çəkiliş edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Harper's Bazaar jurnalının yeni nömrəsi "Dənizin dişləri" kult filminin 40 illiyinə həsr olunub. Jurnalın üz qabığının qonağı olan Rihanna filmdən olan məşhur kadrları canlandırıb və köpəkbalıqları ilə üzüb. Müğənninin sözlərinə görə, "Dənizin dişləri" filminə baxdıqdan sonra dənizdə çimməkdən qorxur, yalnız sahildə qaralmaqla kifayətlənirmiş: "Suya girmək istəyəndə atam filmdən olan mahnını oxumağa başlayırdı və mən qorxub, sahilə geri dönürdüm". Floridada okeanariumda aparılan çəkilişin müəllifi Norman Cin Roy olub.

Rüstəm