Gənc müğənni Aytac Vidadiqızı yeni “Unuda bilmirəm” adlı mahnısını dinləyicilərə təqdim edib.

Teleqraf.com xəbər verir ki,bəstənin sözləri Kəmalə Abıyevaya, musiqisi Aygün Səmədzadəyə məxsusdur.

İfaçı yeni mahnının pərəstişkarları tərəfindən bəyəniləcəyini bildirib:

“Gözəl mahnıdır. Buna klip də çəkdirməyi düşünürəm. Ekran işini yazda Avropada çəkdirəcəm. Yerli rejissorlarımıza müraciət edəcəm. Çünki özümüzünkülərin işini bəyənirəm”

Rüstəm