
Amerikanın tanınmış hip-hop ulduzu Jay-Z İsveçdə populyar olan "Aspiro" musiqi striminq şirkətini 56 milyon dollara alıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, reper şirkətin nəzarət səhm paketinin 59 faizini əldə edib. İfaçının bundan əlavə klub və geyim mağazalarından ibarət biznes şəbəkəsidə var.
Xatırladaq ki, əsl adı Şon Kori Karter olan amerikalı repçi müğənni Beyonsun həyat yoldaşıdır. "Forbes" jurnalı 2014-cü ildə onun sərvətini 520 milyon dollar qiymətləndirib.
Rüstəm