Türkiyəli aktyor Haluk Bilginer dünyaca məşhur aktrisa Ancelina Coli ilə filmə çəkiləcək.

Teleqraf.com xəbər verir ki, Haluk Bilginer "Maria" filmində Ancelina Coli ilə baş rolu paylaşacaq. Ekran əsərində Ancelina Coli "Mariya Kallas", Haluk Bilginer isə "Aristotel Onassis" obrazını canlandıracaq. Film opera müğənnisi Mariya Kallasın həyatından bəhs edəcək.

Qeyd edək ki, Ancelina Coli "Oskar" mükafatı laureatı, "Qızıl qlobus" mükafatının sahibi, BMT-nin xoşməramlı səfiridir.