Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov ailəsi ilə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, şahmatçı instaqram hesabından etdiyi paylaşımda "Nika və körpə Emma ilə ailə portreti...", - deyə qeyd edib.

Qeyd edək ki, Teymur Rəcəbov Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib.