Meyxanaçı Elşən Binəqədili küçədə yaşayır.

Teleqraf.com xəbər verir ki, Elşən Binəqədili küçədə dəmir boruların üzərində yaşaması haqda görüntünü Baku TV yayıb:

"Ömrümün bir neçə ilini zindan həyatında keçirmişəm. Ailə vəziyyətim dəyişəndən sonra həyatım dəyişdi. İçki düşkünü oldum. Bir qızım var. 17 il həbsxana həyatım olub. Bu səhvim ucbatından baş verib. Üç ildir ailəmdən ayrılıb, belə həyat tərzi yaşayıram. Plasmas, dəmir yığıb satıram. Çörəkpulumu çıxarıram.

Toy mərasimlərinə fənərlə axtarırlar tapa bilmirlər. İstəmirəm, əvvəlki toy mərasimləri yoxdur. Hər şeyə görə həvəsdən düşdüm".

Elşən Binəqədi həmkarlarından kömək istəmədiyini də deyib: "Allahdan başqa heç kimdən kömək istəmirəm".