“Tezliklə hər şey bitəcək və qayıdacağam”.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu keçmiş sevgilisi Deniz Bulutsuzla iki il əvvəl yaşadığı şiddətlə gündəmə gələn və uzun müddətdir mətbuatdan, efirdən uzaq bir həyat yaşayan tanınmış aktyor Ozan Güvən jurnalistlərə açıqlamasında deyib.
O, “İstəyirəm ki, Dəniz Bulutsuzu bir az araşdırasınız” sözləriylə diqqət çəkib.
Aktyor jurnalistlərin "Kızılcık Şərbət" serialında qadınlara qarşı zorakılığa görə serialın yayımına 5 həftəlik qadağa qoyuldu. Bununla bağlı nə deyə bilərsiniz?” sualına “Bunu bilən çoxdur, mən bu mövzuda mütəxəssis deyiləm, soruşsanız, yəqin ki, cavab verəcəklər”- deyə bildirib.
Güvən Dəniz Bulutsuz davasında 13 il 6 ay həbs cəzası ilə mühakimə olunub. Buna görə peşəsinə fasilə verib. Aktyor bildirib ki, məhkəmədə bütün gerçəklər üzə çıxacaq:
“Məhkəmədə fotolar fotoşop və montaj kimi üzə çıxacaq. Bu pis günlər arxada qalacaq".