"Bozbash pictures”in Şöşüsü aktyor Ramil Babayev ailəsi ilə ilk dəfə "Zaurla günaydın" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Ramil Babayev həyat yoldaşı Nigar xanımla tanışlığından danışıb:

"Nigarla ATV də tanış olub evləndik. Gözəl balalarım var. Ailə vəziyyətimə görə evdə uşaqları böyütməli idi. Ona görə işləmir".

Qeyd edək ki, Ramil və Nigar cütlüyünün iki qızı var.