BAKI, 17 avqust. TELEQRAF

Təbriz və İrəvan şəhərləri arasında birbaşa uçuşlar iki illik fasilədən sonra avqustun 20-də bərpa olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Uçuşlar Təbriz Beynəlxalq Hava Limanından həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Qeyd edək ki, İrəvan və Təbriz arasında birbaşa müntəzəm marşrut rəsmi olaraq 2021-ci il iyulun 1-də açılıb. Uçuşlar Ermənistan aviaşirkəti tərəfindən həftədə iki dəfə həyata keçirilirdi. Birbaşa marşrut altı aydan bir qədər çox müddət ərzində fəaliyyət göstərib. “Uçuş cədvəllərinin optimallaşdırılması və təyyarələrin yenidən bölüşdürülməsi” səbəbindən uçuşlar dayandırılmışdı.