BAKI, 17 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Valuyski rayonunun Koloskovo kəndinə raket zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya bölgəsinin qubernatoru Aleksandr Şuvayev məlumat verib.
O bildirib ki, raket hücumunda altı mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.
Şuvayev əlavə edib ki, zərbə yerində bir avtomobilə ziyan dəyib, bir bina yanıb.