BAKI, 17 avqust. TELEQRAF
Batken vilayətinin Kadamjay şəhərində torpaq mübadiləsi ilə bağlı təşkilati və texniki məsələlərin həlli üzrə Qırğızıstan və Özbəkistan arasında birgə işçi komissiyasının iclası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyi məlumat yayıb.
Tərəflər ərazi mübadiləsi prosesi zamanı əldə edilən razılaşmaların praktiki icrasını müzakirə edərək, birgə işin gələcək prosedur barədə razılığa gəliblər.
Görüşün yekununda hər iki ölkənin müvafiq nazirliklərinin, qurumlarının və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət birgə işçi qrupunun tərkibi təsdiqlənib.
Qrup mübadilə ərazisinin sakinlərinin məskunlaşması, vətəndaşlıq alınması, dövlət əmlakının başqasına verilməsi və alınması, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqdan istifadə və sosial təminat, eləcə də təhsil prosesinin davamlılığı ilə bağlı praktik məsələləri nəzərdən keçirəcək.