Əməkdar artist Könül Kərimova "Skype" vasitəsi ilə "Zaurla Günaydın" verilişinə bağlanıb.

Teleqraf.com xəbər verir ki, Könül Kərimova Rusiyada darıxdığını deyib:

"Darıxıram...Düzdür, burada rahatam, çox sakitəm, sakitlik tapmışam. Hər şeydən uzağam. Oğlum da yanımdadır. Buna baxmayaraq ev-eşik üçün o qədər darıxıram ki. Sanki Bakıda uşaq qoyub gəlmişəm. Hazırda Yessentukidəyəm, buraya Moskva vasitəsi ilə gəlmişəm".

Müğənni Rusiyadakı biznesdən də danışıb:

"Moskvada xına evi açdım. Gördüm ki, iş zəifdir. Boş-boşuna niyə oturaq ki? Çox xınayaxdı mərasimləri aparmışam. 26 ildir ki, Moskvaya gəlib-gedirəm".