Müğənni Natavan Həbibi hamiləliyindən danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində bildirib ki, hamiləliyinin 5-ci ayını yaşayır: “Hamilə olduğumu eşidəndə Səid də, mən də şoka düşmüşdük.

Bilirsiniz, bu sevinc başqadır. Həkimlər bizi də çaşdırır. Gah deyirlər oğlandır, gah da deyirlər görünmür.

Evdə oğlan istəyirlər. Səid də istəyir oğlan olsun, mən isə qız. İstəyərəm oğlan olsa, ona oxşasın. Amma qız olsa, nəbadə. Futbolçudur deyə ayaqları əyridir”.