Müğənni Manaf Ağayev “Səhər-səhər” verilişinin qonağı olub.

Teleqraf.com-un məlumatına görə, ifaçı verilişdə özünə təriflər yağdırıb:

“Kimsə nədənsə danışmırsa onun daxili xarabdır. Elə adam var ki, ona pislik də etməmisən, amma yenə səni həzm edə bilmir.

Doğrudan, sənətçi kimi demirəm, amma insan olaraq mənim tayım-bərabərim yoxdur. İstəyir sözüm böyük çıxsın... Bu sözü insan olaraq deyirəm. Hamı ev, maşın göstərir, amma köməyə gələndə heç biri eləmir. Nə olur, tək mən edirəm. Niyə? Manafdan başqa kişi yoxdur?”