Xanəndə Gülay Zeynallı şəxsi həyatı haqqında maraqlı etiraflar edib.

Teleqraf.com xəbər verir ki, Gülay Zeynallı “Atv maqazin onlarla” verilişində anasının illər əvvəl atasından ayrıldığını deyib: “Üç bacıyıq. Bacımın biri anamla kitabxanada işləyir, digəri musiqi müəlliməsidir. Anamla atam illər əvvəl boşanıblar. Mənim onda 13-14 yaşım vardı. Atamla indi də əlaqə saxlayırıq. Qız üçün atasının olması çox önəmlidir”.

Gülay həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə münasibətindən danışıb: “Sevməsəydim, ailə qurmazdım. Sevgimizdən bir övladımız oldu. Çox xoşbəxtəm ki, sənətimi qəbul edən həyat yoldaşım var”.

Rəqsanə