BAKI, 23 may. TELEQRAF
2024-cü ildə Mərkəzi Bankın cəmi aktivlərinin coğrafi bölgüsündə Şimali Amerika birinci sırada yer alıb. Bankın bu qitədə aktivləri 11 milyard 841 milyon 357 min manata bərabər olub. 2023-cü ildə bu göstərici 14 milyard 643 milyon 221 min manat olub. Beləliklə, hesabat ilində Mərkəzi Bankın Şimali Amerikada yerləşdirdiyi aktivlərdə 19.14% azalma qeydə alınıb.
Teleqraf xəbər verir ki, Mərkəzi Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə tənzimləyicinin Şimali Amerika üzrə qeydə alınan aktivləri Azərbaycandakı (12 milyard 975 milyon 1000 manat) aktivlərindən üstünlük təşkil edib. Lakin bank 2024-cü ildə Şimali Amerikadakı aktivlərini azaldıb, daxildə isə artırıb (16 milyard 722 milyon 704 min manat).
Digər regionlar üzrə aktivlərin bölgüsü isə aşağıdakı kimi olub:
Qərbi Avropa - 2024-cü ildə aktivlər 2 milyard 252 milyon 121 min manat (2023-cü ildə 2 milyard 690 milyon 571 min manat - 16.28% azalma)
Şərqi Avropa - 2024-cü ildə aktivlər 641 min manata ( 2023-cü ildə 650 min manat - 1.38% azalma)
Cənubi Avropa - 2024-cü ildə aktivlər 66 milyon 308 min manat (2023-cü ildə 61 milyon 58 min manat - 8.59% artım)
Şimali Avropa - 2024-cü ildə aktivlər 346 milyon 041 min manat (2023-cü ildə 509 milyon 154 min manat - 32.04% azalma)
Şərqi Asiya - 2024-cü ildə aktivlər 3 milyard 172 milyon 800 min manat (2023-cü ildə 1 milyard 454 milyon 312 min manat - 118.17% artım)
Avstraliya və Yeni Zelandiya - 2024-cü ildə aktivlər 37 milyon 305 min manat (2023-cü ildə 50 milyon 181 min manat - 25.66% azalma) təşkil edib.
Beynəlxalq təşkilatlar bölməsi üzrə Mərkəzi Bankın aktivləri isə 2 milyard 407 milyon 579 min manatdan 2 milyard 72 milyon 314 min manata düşüb. Bu seqmentdə azalma 13.93%-ə bərabər olub.
Bankın digər regionlar üzrə aktivləri artıb. 2023-cü ildəki 1 milyard 736 milyon manatdan 8 milyard 340 milyon manata yüksəlib (380.47%).
Qeyd edək ki, Bankın 2024-cü ildə cəmi aktivləri 36 milyard 519 milyon 931 min manat olub.