BAKI, 8 mart. TELEQRAF

"Kriptovalyutanın bir növü olan stabil koinlər dünyanın ehtiyat valyutası kimi ABŞ dollarının üstünlüyünü qoruyub saxlamağa kömək edəcək".

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Bessent stabil koinlərlə bağlı sərəncamın ABŞ Prezidenti Donald Tramp tərəfindən verildiyini vurğulayıb.