BAKI, 11 iyun. TELEQRAF

Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Teleqraf-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Heydərabad ərazisində 3 bala qədər hiss olunub.