BAKI, 10 iyun. TELEQRAF

"BMT-nin Uşaq Fondunun 2025-ci il hesabatına görə, dünyada hər 4 dəqiqədən bir uşaqlar zorakılığa və cinayətə məruz qalır".

Teleqraf xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Uşaqlar və hüquq" kitabının və "Uşaqların hüquq düşüncəsi" tədqiqat işinin təqdimatında deyib.

O bildirib ki, ötən il dünyada 1,6 milyard uşaq evdə fiziki və psixoloji təzyiqlərlə üzləşib.

"Bu statistika dünya miqyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Digər ölkələrlə müqayisədə ölkəmizdə belə neqativ hallarla bağlı vəziyyət daha qənaətbəxşdir. Bu sahədə fəaliyyətimizin gələcəkdə daha da uğurlu olmasına çalışacağıq. Uşaqların hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir və bu sahədə əlaqədar qurumlarla birgə fəaliyyət göstəririk", - o vurğulayıb.