BAKI, 11 iyun. TELEQRAF

2020–2025-ci illər arasında qaz hasilatında çox ciddi artım müşahidə etdik. Lakin yaxın gələcəkdə qaz hasilatında eyni dərəcədə kəskin artım olmayacaq.

Teleqraf xəbər verir ki, bunu bunu energetika nazirinin müavini Elnur Soltanov "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" adlı tədbirdə çıxışında deyib:

"SOCAR tədricən öz bacarıqlarını ixrac edən şirkətə çevrilir. Söhbət neft və qazın deyil, bilik və peşəkar təcrübənin ixracından gedir".