BAKI, 10 iyun. TELEQRAF
Təqdimatı keçirilən "Uşaqlar və Hüquq" kitabı mövcud boşluğu doldurmaq üçün atılmış ilk və çox əhəmiyyətli addımdır.
Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Uşaqlar və hüquq" kitabının və "Uşaqların hüquq düşüncəsi" tədqiqat işinin təqdimatında deyib.
O bildirib ki, bu kitab təkcə hüquq dərsliyi deyil.
"Bu kitab uşaqlara hüququ öyrətməyi hədəfləyir. Uşaqların hüquq qarşısında özlərini ifadə etmə imkanları məhduddur, sistemin dili onlar üçün anlaşılmaz ola bilir, psixoloji baxımdan bu proseslər son dərəcə ağır gəlir. Məhz vəkilin də birinci vəzifəsi bu maneələri aradan qaldırmaq, onun danışa bilməyəcəyini düşündüyü anlarda onun səsi olmaqdır. Vəkillər Kollegiyası da bu məsuliyyəti dərindən dərk edir"", - o vurğulayıb.