BAKI, 10 iyun. TELEQRAF

"Son zamanlar prokurorluq orqanlarına daxil olmaq üçün sənəd verənlərin arasında xanım hüquqşünasların sayı çoxalıb".

Teleqraf xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Uşaqlar və hüquq" kitabının və "Uşaqların hüquq düşüncəsi" tədqiqat işinin təqdimatında deyib.

O bildirib ki, hüquq fakültələrində təhsil alan qadınların da sayı saha çoxdur.

"Bu say gündən-günə artır. Əvvəlki dövrlərlə müqayisədə bu say artıb. Bu, çox müsbət haldır. Qadınlarla uşaqlar arasında təmas daha çoxdur. Onlar tərəfindən uşaqlara hüquqi maarifləndirmənin keçirilməsi bizə daha çox lazımi nəticə verə bilər", - o vurğulayıb.