BAKI, 10 iyun. TELEQRAF
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirinin müavini Edvard Avansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan Teleqraf-a verilən məlumata görə, görüş zamanı humanitar minatəmizləmə sahəsində mövcud əməkdaşlıq, bu əməkdaşlığın daha da genişləndirilməsi imkanları, eləcə də sahə üzrə prioritet istiqamətlər və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.