BAKI, 11 iyun. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb Avropanın Rusiya lideri Vladimir Putinlə diplomatik danışıqlara başlamasının vaxtının çatdığını bildirib.

Teleqraf xəbər verir ki, o, Ukraynanın hazırda hərbi, siyasi və iqtisadi cəhətdən güclü mövqedə olduğunu, danışıqlara başlamaq üçün əlverişli anın çatdığını bildirib.

“Hazırda Ukrayna hərbi, siyasi və iqtisadi cəhətdən güclü mövqedədir. Buna görə də, hesab edirəm ki, Avropanın diplomatik danışıqlar aparmaq üçün Rusiya rəhbərliyinə, daha dəqiq desək, Prezident Putinə müraciət etməsinin vaxtıdır”, - Stubb qeyd edib.

Finlandiya Prezidentinin sözlərinə görə, Ukrayna Ali Radasının Beynəlxalq İşlər Komitəsi bu rolu ona təklif etməsinə baxmayaraq, özünü Avropa tərəfində əsas moderator hesab etmir.

Aleksandr Stubb əlavə edib ki, Avropa danışıqlarda əsas oyunçular, Fransa, Almaniya və Böyük Britaniya tərəfindən təmsil olunmalı, Finlandiya və Norveç isə prosesi asanlaşdırmalıdır.