BAKI, 6 oktyabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasının əsaslı təmirini başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan tarixi binada kompleks yenidənqurma işləri aparılıb. Bərpa prosesi zamanı tikilinin orijinal görünüşü tam şəkildə qorunub saxlanılıb.