BAKI, 26 avqust. TELEQRAF
Kəlbəcərin Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işlərinə 7 milyon manat sərf olunacaq.
Teleqraf xəbər verir ki, ADSEA-nın Tikilməkdə olan Obyektlərin Müdiriyyəti bununla bağlı "AzərsutəchizatTikinti" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb.
Tenderin ilkin dəyəri 7.181.133 manat təşkil edib.