BAKI, 26 avqust. TELEQRAF
Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan İranın İrəvandakı səfiri Xəlil Şirqulami ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə infrastruktur sektorunda birgə həyata keçirilən layihələrin gedişi müzakirə olunub.
Ermənistan-İran dövlət sərhədində, Araz çayı üzərində ikinci körpünün tikintisi təşəbbüsü barədə fikir mübadiləsi aparılıb.
Qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.