BAKI, 26 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Əhməd Şaraa ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında tərəflər ticarət, iqtisadiyyat, humanitar və digər sahələrdə siyasi dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Rusiya lideri və Suriya Prezidenti Xmeymim aviabazasının və Tartus logistika mərkəzinin yenidən təşkili ilə bağlı memorandumun əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, Şaraa ilə söhbətində Putin Suriyanın birliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə prinsipial mövqeyini bir daha təsdiqləyib.