BAKI, 26 avqust. TELEQRAF
2026-cı ildə qaza qlobal tələb Yaxın Şərqdəki böhran səbəbindən 2022-ci ildən bəri ilk dəfə olaraq 7 milyard kubmetr azala bilər.
Teleqraf xəbər verir ki, bununla bağlı Beynəlxalq Qaz İttifaqının hesabatında deyilir.
Bildirilir ki, ABŞ və digər regionlarda davam edən hasilat artımının Yaxın Şərqdəki itkilərin əhəmiyyətli hissəsini kompensasiya edəcəyi gözlənilir.
Xüsusilə, Yaxın Şərqdə təbii qaza olan tələbat 17 milyard kubmetr (-2,7%), Avropada 4 milyard kubmetr (-0,8%), Asiyada isə 2 milyard kubmetr (-0,2%) azalacaq. Bununla belə, Şimali Amerikada tələbat 10 milyard kubmetr (+0,9%), Cənubi Amerikada isə 8 milyard kubmetr (+4,7%) artacaq.