BAKI, 26 avqust. TELEQRAF
“Donbas (Ukraynanın işğal edilmiş bölgəsi – red.) Rusiyanın bir hissəsidir və başqa heç bir ölkə ona nəzarət edə bilməz”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Yenə bəyan edirə: Donbas Rusiya Federasiyasının ərazisidir, Rusiya Federasiyasının subyektidir. Hansısa üçüncü tərəfin Rusiya regionlarının idarə olunmasında iştirakı ehtimalı azdır”, - o bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl münaqişənin həlli üçün mümkün variantlardan birinin Donbasda üçüncü tərəfin idarəçiliyi altında iqtisadi bufer zonanın yaradılması ola biləcəyini açıqlamışdı.