BAKI, 26 avqust. TELEQRAF

Qırğızıstan əhalisi 2026-cı ilin ilk altı ayında 56 300 nəfər (0,8 faiz) artaraq 7 461 000 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.

Demoqrafik artım təbii çoxalma (50 500 nəfər) bağlıdır.

2026-cı ilin yanvar-iyun aylarında 66 272 yeni doğulmuş körpə qeydiyyata alınıb, bu da əvvəlki ilin göstəricisindən (64 993 nəfər) 0,6 faiz çoxdur.

Son altı ayda respublikada 15 968 nəfər ölüb, bu da 2025-ci il göstəricisindən aşağıdır. Nəticədə əhalinin təbii artımı 50 304 nəfərə çatıb.