ŞƏMKİR, 21 avqust. TELEQRAF
Şəmkirdə 17 yaşlı yeniyetmə tanışını bıçaqlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2009-cu il təvəllüdlü Tuncay Hüseynov münaqişə zəminində 2006-cı il təvəllüdlü Elşad Məmmədovu bıçaqlayıb.
Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib, onun müalicəsi davam edir.
Faktla bağlı Şəmkir rayon Polis Bölməsində araşdırma başlanılıb.