BAKI, 21 avqust. TELEQRAF

Ukraynanın Müdafiə Qüvvələri sərhəddən 1600 kilometrdən çox məsafədə yerləşən Rusiyanın Perm neft emalı zavodunu və Volqoqrad vilayətindəki “Marinovka” hərbi aerodromu vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısının görə, Ukrayna ordusunun Qara dənizdəki hədəflərə hücumu da nəticə verib.

Zelenski zərbələrin təsdiqlənmiş nəticələri barədə də məlumat verib: “Axtubinsk” aerodromunda Rusiya Silahlı Qüvvələrinə məxsus Su-34 təyyarəsi zədələnib. Aerodrom cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşir”.

Prezident qeyd edib ki, Primorsko-Axtarskda - cəbhədən təxminən 180 kilometr məsafədə isə Rusiya qüvvələrinin Ukraynanın yaşayış məntəqələrinə zərbələr endirdiyi hücum dronlarının saxlanıldığı, hazırlandığı və buraxıldığı məntəqə vurulub.