BAKI, 21 avqust. TELEQRAF

Kabo-Verde milli komandasına yeni baş məşqçi təyin olunub.

Teleqraf xəbər verir ki, yığmanı Humberto Bettenkur çalışdıracaq.

Onunla bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.

Bettenkur 2020-ci ilin yanvarından komandanın sabiq baş məşqçisi Bubiştanın köməkçisi vəzifəsində çalışıb.

Bubiştanın rəhbərliyi altında komanda DÇ-2026-nın 1/16 finalına qədər yüksəlmişdi. Bu mərhələdə isə Argentinaya məğlub olmuşdular.