BAKI, 21 avqust. TELEQRAF
“Türkiyə Suriyanın yenidən qurulmasında əsas tərəfdaşdır”.
Teleqraf xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani deyib.
Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış “Birgə Müdafiə üzrə Məkkə Sazişi” ilə bağlı suala cavab olaraq nazir Suriyanın məsələni araşdırdığını və hələlik bu hərbi ittifaqa qoşulub-qoşulmayacağına qərar vermədiyini bildirib.
Əsəd Şibani Dəməşqin bu məsələ ilə bağlı qərarını daha sonra verəcəyini vurğulayıb. Həmçinin o, Türkiyəni “Suriyanın yenidən qurulmasında əsas tərəfdaş” adlandırıb.
Xarici işlər naziri iki ölkə arasında 1000 kilometrdən çox olan sərhədə və onları birləşdirən tarixi əlaqələrə diqqət çəkib.