BAKI, 21 avqust. TELEQRAF

Qırğızıstan Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərin ərazisindən lazımi sənədlər olmadan mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinə görə cərimələri artırıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, Qırğızıstan Cinayət Məcəlləsinə avqustun 21-də qüvvəyə minən yeni inzibati cərimələri nəzərdə tutan dəyişikliklər edilib.

Cərimənin məbləği yükün dəyərindən asılıdır.