BAKI, 19 avqust. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya Baş naziri Sanae Takaçi ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, liderlər Türkiyə-Yaponiya ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan İranla ABŞ arasındakı münaqişənin həllinin yeganə yolunun danışıqlar olduğunu, Türkiyənin davamlı sülh və sabitliyin təmin edilməsi üçün diplomatik səyləri dəstəklədiyini bildirib.
Türkiyə lideri ötən ay Kumamoto şəhərində baş verən zəlzələdə həlak olanlarla bağlı Yaponiya Baş nazirinə bir daha başsağlığı verib.