BAKI, 19 avqust. TELEQRAF

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılıb.

Teleqraf xəbər verir ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən bu gün - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək.

Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır.

Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.

15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.