BAKI, 19 avqust. TELEQRAF
Ermənistan parlamentindəki müxalifət fraksiyalarının rəhbərləri Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın məişət zorakılığı ilə mübarizə haqqında qanun layihəsini müzakirə etmək üçün görüş təklifini rədd ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə bildirib.
“Fraksiyamız bu təklifi qəbul etmək istəmir”, - Karapetyan deyib.
“Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan da təklifi rədd etdiyini, amma bu məsələ ilə bağlı ayrıca danışacağını açıqlayıb.
Anna Akopyan bundan əvvəl ölkədə fiziki, psixoloji və digər zorakılıq formalarından azad ailə institutunun gücləndirilməsinin vacibliyini bildirmişdi. Bu məqsədlə o, Cinayət Məcəlləsində məişət zorakılığını ayrıca cinayət kimi müəyyən etməyi və buna görə cəzaların artırılmasını təklif etmişdi. O hesab edir ki, belə bir qanun layihəsinin yekdilliklə qəbul edilməsi mümkündür, ona görə də müxalifət fraksiyalarına müzakirələrə qatılmağı təklif etmişdi.