BAKI, 19 avqust. TELEQRAF

“Müharibə davam edərkən Ukraynada seçkilərin keçirilməsi mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Kira Rudik deyib.

Deputat bildirib ki, siyasətçilər öz siyasi ambisiyalarına görə ölkəni təhlükəyə atmamalıdırlar:

“Mixaylo Fedorova böyük hörmətimə baxmayaraq, onun vəzifədən azad edilməsinə görə Konstitusiya dəyişməyib. Hərbi əməliyyatlar zamanı seçkilər keçirilə bilməz. Kiminsə siyasi ambisiyalarını təmin etmək naminə ölkənin parçalanmasına çağırış etmək yanlışdır”.

Qeyd edək ki, Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov bundan əvvəl seçkilərin keçirilməsinə çağırış edib. Fedorovun sözlərinə görə, Ukrayna uzanan müharibə şəraitində belə tamhüquqlu demokratik prosesin bərpasına imkan verəcək qanuni, təhlükəsiz və real mexanizm tapmalıdır.

Mixaylo Fedorov iyulun 15-də Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən müdafiə naziri vəzifəsindən azad edilib. Fedorovun vəzifədən uzaqlaşdırılması müzakirələrə səbəb olub.